Tea Tsulukiani- 2017 ci il və bu ilin aprel ayında “İskəndərin” hissələri tapıldı, hansılarda ki, silahın doğrudan da Rusiyada istehsal olunduğunun izləri durur
2017-ci ilə qədər Rusiya Gürcüstanı Qoridə 12 avqust tarixində düşən “İskəndərin” gürcülərin uydurması olduğu üçün cəzalandırdı, lakin 2017 ci il və bu ilin aprel ayında “İskəndərin” hissələri tapıldı, hansılarda ki, silahın doğrudan da Rusiyada istehsal olunduğunun izləri durur- bu haqda Ədliyyə naziri Tea Tsulukiani birinci kanalın „42° paralel“ verlişində məlumat verdi.
“ Rusiya deyirdi ki, tək Gürcüstanda deyil, Hollandiyada da olan fotolar, hansi ki hollandiyalı jurnalistlərin cinayət işinə görə var fotoşopdur. Biz çox dərin işlərin nəticəsində 2017-ci ildə Qoridə düşən “İskəndərin” bir hissəsini, dağıntılarını tapdıq, artıq bir neçə həftə əvvəl, aprelin axırında “İskəndərin” təxmini 800 kg ağırlığında qalan hissəsini tapdıq. Əlbətdə onlarda, doğrudan da onun silah olduğunun, həqiqətən də cavabdeh- Rusiya Federasyası tərəfindən istehsal olduğunun izləri durur və həqiqətəndə bu hüquq mübahisəsində heç bir fotoşopdan söhbət ola bilməz.
Bizim bu gün əlimizdə Hollandiyada keçirilən istintaq var, bizim istintaqımızın nəticələri, ekspert nəticələri və maddi dəlil, böyük çətinlik nəticəsində tapılan sübütlarımız var “- dedi Tea Tsulukiani.
Ədliyyə nazirinin məlumatına əsasən “İskəndərin” birinci hissələrini tapıldıqdan sonra ekspert üçün Haaqa məhkəməsinə müraciət ediblər.
Dövlətlərarası mübahisəni Strasburq məhkəməsinin böyük palatası müzakirə edir,hansı ki 17 ölkənin, Gürcüstan daxil olmaqla və Rusiyadan seçilmiş hakim və hüquqşünaslar var.
Strasburq məhkəməsi “Gürcüstan Rusiyanın əlehinə” (ll hissı) işini müzakirə etməyə davam edir. Sözlü məhkəmə 23 may tarixinə planlaşdırılıb.