Tea Tsulukiani - Əgər mənim bəyanatım deputat Şalelaşvilinin işə getməsinə səbəb oldusa, bu çox yaxşıdır
“Əgər mənim bəyanatıma görə, deputat Şalelaşvili iş yerinə getməyə başladı isə, bu çox yaxşıdır – Bu barədə bəyanatı Ədliyyə Naziri Tea Tsulukiani verdi. Onun dediyinə görə, deputat Şalelaşvili haqqında heç birşey bilmir.
“Onu tanımıram, sadəcə olaraq, medyadan bilirəm ki, o maaşını alıb, parlamentə heç getməyn yeganə deputatdır.
Əgər mənim verdiyim bəyanat onun işə getməsinə səbəb oldusa, bu çox yaxşıdır. Ondan fərqli olaraq, gecə gündüz qanunlayihələr üzərində çalışan deputatlarımıza isə, müvəffəqiyyətlər arzulayıram.
Qeyd edək ki, parlament əksəriyyətinin deputatı Şota Şalelaşvili, Ədliyyə Naziri Tea Tsulukianinin, ombudsmen haqqında verdiyi bəyanatını məsuliyyətsiz adlandırmışdı.
Dünən Tea Tsulukiani bəyan etdi ki, Uça Nanuaşvili Gürcüstanın tarixində ilk ədalətsiz ombudsmendir.