Tea Tsuluakiani - Müxalifət parlamentə daxil olmasa, siyasi arenasız qalacaq
Tea Tsuluakiani - Müxalifət parlamentə daxil olmasa, siyasi arenasız qalacaq

Onsuz da müxalifətin uzun zamandır ki, siyasi meydanı yox idi, parlamentə də daxil olmasa, tamamən siyasi arenasız qalacaq, – bu bəyanatı parlamentin Təhsil, Elm və Mədəniyyət Komitəsinin sədri Tea Tsulukiani Avropa Şurasının Parlament Assambleyasının hesabatını şərhləndirərkən verdi.

Tsulukianinin dediyinə görə, insanlar müxalifətin qərarsızlığından, “girəcəm, girməyəcəm” söhbətindən çox yoruldular.

“Şəxsən mənim işimə müxalifətçilərin parlamentdə olub-olmaması heç də mane olmur.

Əgər onların öz seçiciləri qarşısında elementar məsuliyyət hissləri yoxdursa, gəlməsinlər. Parlamentə daxil olmsalar siyasi arenaları olmayacaq və seçiciləri qarşısında attıqları addımlara görə özləri cavabdeh olsunlar” – dedi Tea Tsulukiani.

Xatırladaq ki, Avropa Şurasının Parlament Assambleyası öz hesabatında gürcü müxalifətçilərinə parlamentdə öz yerlərini almaları üçün müraciət etdi.