Tea Sulukiani - ümid edirəm Nika Meliya başa düşəcək ki, media və ictimaiyyətin diqqət mərkəzində getdikcə daha az olacaq
Ümid edirəm Nika Meliya başa düşəcək ki, media və ictimaiyyətin diqqət mərkəzində getdikcə daha az olacaq, – bu barədə Gürcüstan Parlamentinin Təhsil, Elm və Mədəniyyət Komitəsinin sədri, Tea Sulukiani bəyan etdi.
Onun dediyinə görə, vaxtdır, Nika Meliya düzgün qərar qəbul etsin və qanunun müdafiəsi ilə həbsdən özünü özü azad etsin.
“İki gündür efirləri diqqətlə izləyirəm və Nika Meliya ümimiyyətlə xatırlanmayıb və ya çox az. Kamerada olan Nika Meliya üçün bütün televiziya kanalları əlçatarlıdır. Ümid edirəm analizə edib başa düşəcək ki, həyat belədir, vaxt getdikcə media və ictimaiyyətin diqqət mərkəzində daha az olacaq. Buna görə, vaxtdır, düzgün qərar qəbul etsin və qanunun müdafiəsi ilə həbsdən özünü özü azad etsin. Çünki bu insanın karyerası həbxanadan keçmir. Onu inandıran əhatəsi və həmmübarizləri, birbaşa deyəcəm, onun gələcək düşmənləridilər. O, onlara alət kimi lazımdır. Ümid edirəm Nika Meliya özünü nə Tbilisidə, nə də Kiyevdə adi alət kimi istəfadə etdirməyəcək. Geridə qalanlarına özü qərar versin. Çünki bu son günlərdə Nika Meliyanı unutdunuz”, – Tea Sulukiani bəyan etdi.