Tea Sulukiani - Gürcüstan prezidenti bizə çox lazım idi, çox lazımdır, lakin artıq yanımızda deyil
Gürcüstan prezidenti bizə çox lazım idi, çox lazımdır, lakin artıq yanımızda deyil. Bu təəssüfləndirici reallıqdır, – bu barədə Mədəniyyət naziri, Tea Sulukiani “İmedi” teleşirkətinin efirində bəyan etdi.
Sulukianinin dediyinə görə, ölkənin maraqlarını qorumaq yalnız hakimiyyətdə olan insanların vahid cəbhəsi ilə həyata keçirilir, Salome Zurabişvili isə, hakimiyyətdədir, lakin başqa yolu seçdi.
“Üç ölkə daha uzunmüddətli perspektiv üçün qapıları daha geniş açacaq bir hökm gözləyərkən, prezident bizi Avropaya inteqrasiya yolunda mümkün qədər zərərli buraxmaq üçün əlindən gələni etdi. Bunda prezidentin çox böyük rolu olub və bu barədə sonsuz danışmaq olar. Məsələn, ölkə daxilində bəyan edirdi ki, islahatlar həyata keçirilmir, bu yalandır; deyirdi ki, hökumət heçnə bacarmır, bu da yalandır; kimi də bacarırdısa təhqirlər edirdi. Ona qədər, yoxsa indi hansı janrda aktyorluq edir başa düşəmmədim. Sonra ölkə xaricinə gedəndə və deyirdi ki, Gürcüstan yol açın. Oraya getdikdə isə, gümün edildiyinə görə, tənqid ilə məşğul idi”, – Tea Sulukiani bəyan etdi.