Tea Sulukiani - düşünürəm səkkiz il yetərlidir ki, insan bir sistemə rəhbərlik etsin, "Gürcü Arzusunun" qərarını gözləyəcəyik
Gürcüstan Ədliyyə naziri, Tea Sulukiani jurnalistlər ilə 2020-ci ilin siyasi planları barəsində söhbət etdi və bəyan etdi ki, komanda bunu istəsə, gələcəkdə “Gürcü Arzusu” ilə birlikdə siyasətdə qalmağı planlaşdırır.
Onun dediyinə görə, bu “Gürcü Arzusunun” qərarından asılıdır.
Halbuki, Tea Sulukiani deyə bilmir ki, 2020-ci il seçkilərindən sonra Ədliyyə Nazirliyinə rəhbərlik edəcək ya yox.
Seçki kampaniyasına qatıldığı zaman tutduğu vəzifəsini tərk edib etməyəcəyinə gəldikdə, onun dediyinə görə, hüququ var ki, həm nazir və eyni zamanda seçki kampaniyasının fəal iştirakçısı olsun.