Tea Axvledianinin rəhbərliyi ilə Vətəndaş Bərabərliyi və İnteqrasiya üzrə Hökumət Komissiyasının iclası keçirilib
Tea Axvledianinin rəhbərliyi ilə Vətəndaş Bərabərliyi və İnteqrasiya üzrə Hökumət Komissiyasının iclası keçirilib

 
Barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri Tea Axvledianinin rəhbərliyi ilə Vətəndaş Bərabərliyi və İnteqrasiya üzrə Hökumət Komissiyasının iclası keçirilib.

Vətəndaş bərabərliyi və inteqrasiya dövlət siyasətinin həyata keçirilməsinə cavabdeh olan qurumların iştirak etdiyi iclasda Tea Axvlediani “2021-2030-cu illərdə Vətəndaş Bərabərliyi və İnteqrasiya üzrə Dövlət Strategiyası”nın 2023-cü il üzrə fəaliyyət planının icrası ilə bağlı hesabat təqdim edib.

Dövlət naziri strategiyanın müəyyən etdiyi prioritetlər çərçivəsində əldə olunan uğurlardan, konkret nəticələrdən və qarşıya qoyulan vəzifələrin icrası dinamikasından danışıb. Cari aktual məsələlər də müzakirə olunub, hökumətin vahid əlaqələndirilmiş yanaşması ilə onların səmərəli şəkildə həyata keçirilməsi yolları müəyyən edilib.

“İdarələrarası hökumət komissiyasının bugünkü iclası Vətəndaş Bərabərliyi və İnteqrasiya üzrə Dövlət Strategiyasının həyata keçirilməsində iştirak edən bütün sahə qurumlarının iştirakı ilə gələcək birgə səylərimizin, koordinasiya edilmiş və nəticəyönümlü fəaliyyətlərin həyata keçirilməsi prosesi ilə bağlı mühüm məsələlərin razılaşdırılması məqsədilə keçirilib. Ötən ilin fəaliyyət hesabatını ətraflı şəkildə müzakirə etdik, əldə olunan nəticələri dəyərləndirdik, eləcə də cari ilin sonuna kimi həyata keçiriləcək tədbirləri müzakirə etdik. Qarşıya qoyduğumuz çoxşaxəli və bir-biri ilə əlaqəli məqsədlərə münasibətdə gələcək fəaliyyətlər üçün aydın istiqamətləri müəyyən edə bildik, bunu həm əldə edilmiş tərəqqinin, bugünkü vəziyyətin, həm də gələcək inkişaf perspektivlərinin kompleks təhlili əsasında etdik. Biz, ilk növbədə, yerli əhalinin nümayəndələri, vətəndaş sektoru və beynəlxalq tərəfdaşlarla müntəzəm ünsiyyəti təmin etməklə, geniş ictimaiyyətin iştirakı ilə intensiv fəaliyyəti davam etdirəcəyik”- deyə dövlət naziri Tea Axvlediani açıqlayıb.

Görüşdə dövlət nazirinin birinci müavini Lia Qiqauri 2023-cü il üzrə fəaliyyət hesabatını təqdim edib. Hökumət komissiyasının iclasında dəvət olunmuş qonaq qismində Gürcüstanın Mərkəzi Seçki Komissiyasının, Gürcüstanın Milli Statistika Xidmətinin, Dövlət Dili Departamentinin və İctimai Yayımçının rəhbər şəxsləri iştirak ediblər.

Məlumatı Barışıq və Vətəndaş Bərabərliyi Məsələləri üzrə Dövlət Nazirinin ofisi yayır.