Tea Axvlediani Türkiyədə baş verən faciə ilə əlaqədar Türkiyə səfirliyində açılan matəm kitabına ürək sözlərini yazıb
Tea Axvlediani Türkiyədə baş verən faciə ilə əlaqədar Türkiyə səfirliyində açılan matəm kitabına ürək sözlərini yazıb

 

Barışıq və Vətəndaş Bərabərliyi Məsələləri üzrə dövlət naziri Tea Axvlediani Türkiyədə baş verən faciə ilə əlaqədar Türkiyə səfirliyində açılan matəm kitabına ürək sözlərini yazıb.

Tea Axvlediani Türkiyə Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Ali Kaan Orbaya başsağlığı verib, Türkiyədə baş vermiş dağıdıcı zəlzələ nəticəsində həlak olanlara görə dərin məyusluq hissi keçirdiyini söyləyib.

“Dövlət Naziri Aparatı və şəxsən öz adımdan dağıdıcı zəlzələnin faciəvi nəticələri ilə bağlı ən səmimi başsağlığımı xahiş edirəm qəbul edin. Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verirəm.

Bu çətin matəm anında türk dostlarımız və təbii fəlakətdən zərər çəkmiş bütün insanlarla həmrəy olmaqla yanaşı, Gürcüstan Türkiyə hakimiyyəti və xalqının yanındadır və Baş nazirin təşəbbüsü ilə genişmiqyaslı xilasetmə əməliyyatında iştirakını, eləcə də humanitar dəstəyi davam etdirir.

Birgə beynəlxalq səylər nəticəsində daha çox insanın həyatının xilas edilməsinin mümkün olacağına və yaralıların tezliklə sağalacağına inanıram”-deyə dövlət nazirinin başsağlığı məktubunda deyilir.

Məlumatı Barışıq və Vətəndaş Bərabərliyi üzrə dövlət nazirinin ofisi yayır.