Tea Axvlediani Toyvo Klaar ilə görüşdü
Tea Axvlediani Toyvo Klaar ilə görüşdü

Barış və vətəndaş bərabərliyi üzrə dövlət naziri, Tea Axvlediani Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi, Toivo Klaar ilə görüş keçirdi.

Dövlət naziri münaqişənin sülh yolu ilə həlli prosesində, o cümlədən süni şəkildə parçalanmış cəmiyyətlər arasında etimadın bərpasına yardım etməklə Avropa İttifaqının xüsusi rolu və iştirakının vacibliyini vurğuladı.

Görüşdə Gürcüstanın işğal olunmuş rayonlarında humanitar və insan haqlarının vəziyyəti müzakirə olundu.

Münaqişədən təsirlənmiş əhalinin şəxsiyönümlü, status-neytral və ehtiyaclara əsaslanan yanaşmalarına əsaslanan barışıq və cəlbetmə siyasətinin həyata keçirilməsi prosesinə və bununla bağlı gələcək baxışlara xüsusi diqqət yetirildi. Tərəflər gələcək sıx əməkdaşlığın konkret yollarını müzakirə etdilər və intensiv ünsiyyəti davam etdirməyə hazır olduqlarını bildirdilər.

Məlumatı barış və vətəndaş bərabərliyi üzrə dövlət nazirinin aparatı yayır.