Tea Axvlediani işğalçı rejim tərəfindən öldürülən Tamaz Qinturinin ailəsinə başsağlığı verib
Barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri Tea Axvlediani Kirbali kəndinə gedib. Nazir Qori Munisipalitetinin Kirbali kəndi yaxınlığında işğalçı rejim tərəfindən qətlə yetirilən Tamaz Qinturinin ailəsinə başsağlığı verib və onlara həmrəyliyini ifadə edib.
Tamaz Qinturinin yas mərasimində Tea Axvlediani ilə yanaşı Gürcüstan parlamentinin üzvü Nino Tsilosani, dövlət nazirinin müavini Şota Rexviaşvili, keçmiş Cənubi Osetiya Muxtar Vilayətinin Müvəqqəti Administrasiyasının rəhbəri Tamaz Bestaev və yerli hakimiyyət nümayəndələri iştirak ediblər.
Məlumatı Barışıq və Vətəndaş Bərabərliyi Məsələləri üzrə Dövlət Nazirinin aparatı yayır.