Tea Axvlediani - İki hərbçi və üç mülki şəxsin kimliyi müəyyən edilərək, Abxaziya bölgəsindən Gürcüstanın nəzarətindəki bölgəyə gətirilib
Hazırda iki hərbçi və üç mülki şəxs daxil olmaqla beş nəfərin kimliyi müəyyənləşdirilərək Abxaziya bölgəsindən Gürcüstanın nəzarətindəki əraziyə gətirilib.Onların dəfn edilmə mərasimi yaxın günlərdə keçiriləcək – deyə Gürcüstanın Uzlaşma və Vətəndaş Bərabərliyi Məsələləri üzrə Dövlət Naziri Tea Axvlediani bildirib.
Dövlət Naziri Aparatından verilən məlumata görə, Tea Axvledianinin rəhbərliyi altında silahlı qarşıdurmalar nəticəsində itkin düşmüş şəxslərin tapılması və köçürülməsi üzrə qurumlararası komissiyanın iclası keçirilib.
Dövlət naziri qurumlararası komissiyanın iclasının açılışını edərək, komissiya üzvlərinə müraciət edib. O, 1990-cı illərin silahlı əməliyyatları və 2008-ci ilin avqustundakı Rusiya-Gürcüstan müharibəsi nəticəsində itkin düşmüş şəxslərin axtarışı, müəyyənləşdirilməsi və ailələrinə təhvil verilməsi proqramının gedişatına və əldə edilmiş nəticələrinə dair fikir mübadiləsi aparıb. Dövlət Naziri proqramın uğurla davam etdirilməsinin həm itkin düşənlərin taleyinin və yerlərinin müəyyənləşdirilməsi, onların ailələrinə dəstək , həm də süni şəkildə uzaqlaşdırılmış əhali arasında inamın bərpası baxımından əhəmiyyətini vurğulayıb.
Görüşdə, gündəmdəki mövzulara uyğun olaraq, itkinlərin axtarışı prosesinin aktual məsələləri və mövcud problemlər müzakirə edilib. Komissiyanın gələcək planlarını müzakirə edərək, qeyri-müəyyənlik içində olan ailələrə mümkün qədər tez kömək etmək üçün axtarış prosesinin effektivliyini daha da artırmağın zəruriliyi bir daha vurğulandı. Bu çərçivədə, Beynəlxalq Qırmızı Xaç Komitəsinin strateji araşdırmalarının nəticələri və tövsiyyələri qeyd edildi və müzakirə edildi, digər şeylərlə yanaşı, proqramın effektivliyini birləşdirmək və müvafiq işlərin sürətini artırmaq üçün gələcək səylərin vacibliyi vurğulandı.
“Bugünkü iclasda 90-cı illərdə Gürcüstanda silahlı əməliyyatlar nəticəsində və 2008-ci ilin avqust müharibəsi zamanı itkin düşmüş şəxslərin axtarışı proqramını müzakirə etdik ki, bu da Beynəlxalq Qırmızı Xaç Komitəsinin himayəsi və dəstəyi ilə həyata keçirilir. İndiyə qədər əldə olunan irəliləyiş, çətinliklər və bunları aradan qaldırmaq üçün xüsusi yolları müzakirə etdik. Hazırda yaxınlarının harada olması və taleyi ilə bağlı qeyri-müəyyən vəziyyətdə qalan 2300 ailə üçün bu gözləntiləri reallaşdırmaq məqsədi ilə bu proqramı həyata keçirmək, effektivliyini artırmaq və bu gözləntini sonlandırmaq çox vacibdir. Qeyd etmək lazımdır ki, iki hərbçi və üç mülki şəxs daxil olmaqla beş nəfərin kimliyi artıq müəyyənləşdirilərək Abxaziya bölgəsindən Gürcüstanın nəzarətindəki əraziyə köçürülüb və yaxın günlərdə cənazə mərasimi təşkil ediləcək”- deyə dövlət naziri Tea Axvlediani bildirib.
Prosesdə iştirak edən qurumların səyi və Beynəlxalq Qırmızı Xaç Komitəsinin himayəsi altında , 1990-cı illərdə və 2008-ci ilin avqust ayında Rusiya-Gürcüstan müharibəsi nəticəsində itkin düşmüş şəxslərin axtarılması, kimliyinin müəyyən edilməsi və ailələrə verilməsi prosesi , silahlı qarşıdurma nəticəsində itkin düşmüş şəxslər ilə əlaqədar koordinasiya mexanizmləri çərçivəsində fəal şəkildə davam etdirilir. Bu günə qədər humanitar koordinasiya mexanizmlərinin fəaliyyəti nəticəsində 206 nəfərin kimliyi müəyyən edilmiş və qalıqları ailələrinə təhvil verilmişdi.