Tea Axvlediani Dmanisi Munisipalitetinin kəndlərinin sakinləri ilə görüşüb və Kvemo Kartli bölgəsində məlumat kampaniyasının açılışını edib
Dövlət naziri salamlama nitqi ilə Kvemo Kartli bölgəsində genişmiqyaslı məlumat kampaniyasının açılışını etdi və Dmanisdə bir araya gəlmiş ictimaiyyəti çoxkomponentli kampaniyanın məqsədləri ilə tanış etdi.
Bir aylıq kampaniyanın məqsədi etnik azlıqların nümayəndələrini dövlət proqramları və xidmətləri, müxtəlif cari aktual məsələlər haqqında məlumatlandırmaq və maarifləndirməyə xidmət edir. Tea Axvledianinin qeyd etdiyi kimi, kampaniya çərçivəsində əhali təhsil, dövlət dilinin öyrədilməsi, səhiyyə, kənd təsərrüfatı, sosial yardım və qrantlar, dövlət proqramları və xidmətləri, ödənişsiz hüquqi yardım və hakimiyyət tərəfindən təyin edilmiş dəstək tədbirləri haqqında məlumat almaq imkanı əldə edəcək.
Əhali ilə görüşdə nazir etnik azlıqların nümayəndələrinin dövlət xidmətləri və qeyri-gürcü dilli vətəndaşların ictimai həyatın hər bir sahəsində tam iştirakı üçün ən mühüm ilkin şərt və eyni zamanda, vətəndaş bərabərliyi və inteqrasiya dövlət siyasətinin prioritet vəzifələrindən biri olan proqramlar barədə məlumatlandırılmasının vacibliyini vurğulayıb.
Həmçinin, görüşdə Kvemo Kartli bölgəsi üzrə dövlət müvəkkili Qiorqi Doxturişvili və Dmanisi Munisipalitetinin meri Koba Muradaşvili iştirak edib və görüş iştirakçıları qarşısında çıxış ediblər.
“Müxtəlif etnik qruplardan olan həmvətənlərimiz üçün onlara maraqlı olan bütün sahələrdə iştirakın təşviq edilməsi və inkişaf üçün bərabər imkanların gücləndirilməsi siyasətimizin əsas prioritetlərindən biridir. Vətəndaş bərabərliyi və inteqrasiya dövlət strategiyası çərçivəsində dövlət dilinin tədrisi və təhsil üçün sadələşdirilmiş ödənişsiz imkanların təmin edilməsi ilə yanaşı, biz etnik azlıqların sıx məskunlaşdığı bölgələrdə yerli əhalinin sosial-iqtisadi inteqrasiya dövlət proqramı və xidmətlərinə cəlb olunmasını və müvafiq məlumatlandırma prosesini təşviq edirik.
Məhz bu səbəbdən biz bu gün Dmanisdə 40 kəndin nümayəndəsi ilə görüş keçirdik, görüşdə onları maraqlandıran bütün məsələləri müzakirə etdik və Dövlət Naziri Aparatının təşəbbüsü ilə planlaşdırılmış genişmiqyaslı məlumat kampaniyası haqqında ətraflı məlumat verdik. Məlumat kampaniyasını bu il ilk dəfə olaraq Kvemo Kartli bölgəsində açırıq və kampaniya çərçivəsində bir neçə həftə ərzində bütün sahələr üzrə müvafiq nazirliklərin yüksək ixtisaslı nümayəndələri Kvemo Kartlinin 70-ə yaxın kəndinin yerli sakinləri ilə görüşlər keçirəcək və dövlətin onlara açdığı imkanlar haqqında hərtərəfli məlumat verəcəklər, bu da öz növbəsində ictimai inteqrasiya prosesinə və etnik azlıqların sıx məskunlaşdığı bölgələrdə əhalinin iştirakı prosesinə töhfə verəcək”-deyə Tea Axvlediani bildirib.
Dövlət Naziri Aparatının rəhbərliyi və koordinasiyası, Kvemo Kartli bölgəsinin yerli özünüidarələri ilə sıx əməkdaşlıq və dövlət orqanlarının nümayəndələrinin bilavasitə iştirakı ilə Kvemo Kartli miqyasında dövlət proqramları və xidmətləri haqqında geniş miqyaslı çoxkomponentli məlumat kampaniyası aparılacaq. Kampaniya aprelin 16-dan mayın 22-dək davam edəcək.
Məlumatı Barışıq və Vətəndaş Bərabərliyi üzrə Dövlət Naziri Aparatı yayır.