Tea Axvlediani Birləşmiş Krallığın səfirliyində açılan matəm kitabına ürək sözlərini yazıb
Barışıq və Vətəndaş Bərabərliyi üzrə dövlət naziri Tea Axvlediani Kraliça II Elizabetin vəfatı ilə əlaqədar Birləşmiş Krallığın səfirliyində açılan matəm kitabına ürək sözlərini yazıb və Birləşmiş Krallığın səfiri Mark Kleytona həmrəyliyini ifadə edib.
“Gürcüstanın Dövlət Naziri Aparatı və şəxsən öz adımdan Ülyahəzrət Kraliça II Elizabetin vəfatı ilə əlaqədar dərin məyusluğumu ifadə edirəm. Bu ağır yas anında kral ailəsinə, Birləşmiş Krallığın və Birliyin xalqına dərin hüznlə başsağlığı verirəm.
Xüsusi qayğısı və xalqa ləyaqətli xidməti ilə seçilən ülyahəzrətin hakimiyyətdə olduğu dövr həm tarixdə, həm də hər bir insanın qəlbində mühüm yer tutacaq” – deyə dövlət nazirinin başsağlığı məktubunda deyilir.