Tea Axvlediani BMT-nin İnkişaf Proqramının Gürcüstandakı daimi nümayəndəsi Nik Beresfordun vəfatı ilə əlaqədar açılmış elektron başsağlığı kitabına ürək sözlərini yazıb
Dövlət naziri Tea Axvlediani BMT-nin İnkişaf Proqramının Gürcüstandakı daimi nümayəndəsi Nik Beresfordun vəfatı ilə əlaqədar açılmış elektron başsağlığı kitabına ürək sözlərini yazıb.
“Barışıq və Vətəndaş Bərabərliyi Məsələləri üzrə Dövlət Naziri Aparatı və şəxsən öz adımdan həmkarımız, sıx əməkdaşlıq və dostluq münasibətlərində olduğumuz hörmətli Nik Beresfordun vəfatı ilə əlaqədar səmimi və dərin hüznümü ifadə edirəm.
Nik Beresfordun simasında biz təkcə yüksək peşəkar və təcrübəli diplomatı deyil, həm də istedad və təvazökarlığı, xeyirxahlıq və xüsusi yumor hissi olan gözəl bir insanı itirmişik.
Nik Beresford həm sülh quruculuğu, həm də vətəndaş inteqrasiyası baxımından Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının Gürcüstandakı daimi nümayəndəsi kimi verdiyi dəstək və töhfə ilə Dövlət Naziri Aparatının mühüm tərəfdaşlarından biri olmuşdur. Onun şəxsi səyləri və diqqətəlayiq əməkdaşlığı yaddaşımızda hər zaman qalacaq.
Bu böyük itki ilə əlaqədar Nik Beresfordun ailəsinə və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının Gürcüstandakı nümayəndələrinə dərin hüznlə başsağlığı vermək istəyirəm” -deyə dövlət nazirinin başsağlığı məktubunda deyilir.