Tea Axvlediani Arçil Tatunaşvilinin atası Qivi Tatunaşvilinin yas mərasimində iştirak edib
Barışıq və Vətəndaş Bərabərliyi məsələləri üzrə dövlət naziri Tea Axvlediani yerli hökumət nümayəndələri ilə birlikdə Tsilkni məcburi köçkün qəsəbəsində olub.
Dövlət naziri vətənin şərəfini qoruduğuna görə işğalçı rejim tərəfindən qətlə yetirilmiş Arçil Tatunaşvilinin atası Qivi Tatunaşvilinin vəfatı ilə əlaqədar ailəsinə başsağlığı verib.
Arçil Tatunaşvilinin atası Qivi Tatunaşvili dünən, iyulun 13-də vəfat edib.