Tea Axvlediani Almaniyanın Gürcüstandakı səfiri Piter Fişer ilə görüşüb
Tea Axvlediani Almaniyanın Gürcüstandakı səfiri Piter Fişer ilə görüşüb

 

Barışıq və vətəndaş bərabərliyi üzrə dövlət naziri Tea Axvlediani Almaniya Federativ Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Piter Fişer ilə tanışlıq xarakterli görüş keçirib.

Dövlət nazirinin ofisindən verilən məlumatda, görüşdə dövlət nazirinin iki ölkə arasında mövcud tərəfdaşlığın və sıx, dostluq münasibətlərinin əhəmiyyətini vurğuladığı deyilir.

“Tea Axvlediani Almaniyanın Gürcüstanın Avropa və Avro-Atlantik strukturlara inteqrasiyasına, ölkənin suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünə verdiyi güclü dəstəyə görə səfirə təşəkkür edib. O, Almaniyanın münaqişənin sülh yolu ilə həlli prosesində , o cümlədən müharibə səbəbindən parçalanmış cəmiyyətlər arasında etimadın bərpasını təşviq etməklə barışıq və iştirak prosesində mühüm rolunu vurğulayıb. Dövlət naziri ofisin fəaliyyətinin hər iki-barışıq və iştirak, eləcə də vətəndaş bərabərliyi və inteqrasiya siyasəti istiqamətində mövcud prioritetləri, əldə edilmiş nəticələr və gələcək planları nəzərdən keçirib.

Görüşdə Gürcüstanın işğal olunmuş bölgələrində humanitar və hüquqi vəziyyət ətraflı şəkildə müzakirə olunub. Tea Axvlediani münaqişə nəticəsində zərər çəkmiş əhalinin sosial-iqtisadi şəraitinin yaxşılaşdırılması və süni şəkildə parçalanmış cəmiyyət arasında ümumi maraqlar əsasında dialoqun və etimadın bərpasının dərinləşdirilməsi məqsədini daşıyan barışıq və iştirak siyasətinin həyata keçirilməsində əldə olunan irəliləyişlər və gələcək perspektivlər barədə səfirə məlumat verib. Öz növbəsində, səfir Almaniyanın Gürcüstanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyini bir daha təsdiqləyib və dövlət nazirinin ofisi ilə bundan sonra da sıx əməkdaşlığa tam hazır olduğunu bildirib” – deyə rəsmi məlumatda deyilir.