Tea Axvlediani ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) direktoru, Con Pennel ilə görüşdü
Barış və Mülki Bərabərlik məsəslələri üzrə dövlət naziri, Tea Axvlediani ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) direktoru, Con Pennel ilə üşçi görüş keçirdi.
Tea Axvlediani agentliyin direktoruna dövlət nazirinin aparatının ötənilki fəaliyyəti və yekunları barədə məlumat verdi.
Barış və Mülki Bərabərlik məsəslələri üzrə dövlət naziri aparatının məlumatına görə, tərəflər gələcək birgə əməkdaşlıq çərçivəsində müəyyən edilmiş cari istiqamətlər barədə danışdılar və koordinasiya edilmiş partnyorluq əlaqələrinin davam etdirilməsi üçün baxışları müəyyən etdilər.
Dövlət naziri göstərilən dəstəyə görə, ABŞ Beynəlxalq İnkişaf Agentliyinə təşəkkürünü bildirdi. Öz müqabilində, Con Pennel dövlət siyasəti çərçivəsində agentliyin fəaliyyətini bundan sonra da dəstəkləməyə hazır olduğunu təsdiqlədi.
Məıumatı Barış və Mülki Bərabərlik məsəslələri üzrə dövlət naziri aparatı yayır.