TDU-nun rektoru vəzifəsinin icraçısı müsabiqəsində iştirak etmək üçün komissiyaya yalnız bir namizəd – Caba Samuşia müraciət təqdim edib
TDU-nun rektoru vəzifəsinin icraçısı müsabiqəsində iştirak etmək üçün komissiyaya yalnız bir namizəd – Caba Samuşia müraciət təqdim edib

 

Tbilisi Dövlət Universitetinin rektor vəzifələrinin icraçısı ilə əlaqədar namizədlərin qeydiyyatı başa çatıb.

TDU-nun rəhbərliyindən verilən məlumata əsasən, rektor vəzifəsinin icraçısı müsabiqəsində iştirak etmək üçün sənədləri cəmi bir nəfər təqdim edib.

“Saat 18:00-da müraciətlərin qəbulu prosesi başa çatıb. Yalnız bir nəfər, TDU-nun professoru Caba Samuşia müraciət edib. Bu mərhələdə komissiya sənədlərin qəbul edilməsini müzakirə edir. Sənədlərdə səhv olmazsa, oktyabrın 20-də Elmi Şuranın iclası təyin ediləcək və vəzifələrin müvəqqəti icraçısı təsdiq ediləcək. Sənədlərdə xətanın olub-olmaması ilə əlaqədar oktyabrın 20-dək komissiyadan bizə məlumat verəiləcək. Nəticələri oktyabrın 20-də biləcəyik. İcraçı rektorun vəzifələrini altı ay ərzində yerinə yetirəcək. Daha sonra rektor seçkisinin birbaşa keçiriləcəyi tarixə Elmi Şura qərar verəcək. Müraciətlər qəbul olunacaq, uyğunluq komissiya tərəfindən müəyyən ediləcək və daha sonra rektor tam müddətə seçiləcək. Qia Şarvaşidzeyə gəlincə, o, oktyabrın 15-dək vəzifəsində qalacaq” – TDU-nun administrasiyasının nümayəndəsi Qiorqi Kakauridze bildirib.

Oktyabrın 7-də rektor Qiorqi Şarvaşidzenin Elmi Şuraya müraciəti və istefasını xahiş etməsindən sonra TDU-nun rektoru vəzifəsi vakant qalır.