TDU-da zorakılığın istənilən formasının qəbuledilməz olduğunu bildirir və gəncləri ifadə azadlığına hörmət etməyə və təxribat xarakterli hərəkətlərdən çəkinməyə çağırırlar
TDU-da zorakılığın istənilən formasının qəbuledilməz olduğunu bildirir və gəncləri ifadə azadlığına hörmət etməyə və təxribat xarakterli hərəkətlərdən çəkinməyə çağırırlar

 

Universitet zorakılığın istənilən formasının qəbuledilməz olduğunu bir daha bəyan edir və gəncləri insan hüquqlarına daha çox məsuliyyətlə yanaşmağa, ifadə azadlığına hörmət etməyə və təxribat xarakterli hərəkətlərdən çəkinməyə çağırır-bu barədə İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin bəyanatında deyilir.

“İvane Cavaxişvili adına Tbilisi Dövlət Universiteti TDU kitabxanasının ərazisində , bir qrup gənc arasında baş vermiş və universitetin mühafizə və təhlükəsizlik xidmətinin əməkdaşları tərəfindən mümkün qədər sakitləşdirilən insidentə münasibət bildirir.

TDU-nun tələbələri, professorları və ya administrasiyasının əməkdaşları Gürcüstan Konstitusiyasında təsbit edilmiş hüquq və azadlıqlardan məhdudiyyətsiz şəkildə istifadə edirlər. Əsrdən artıqdır ki, universitet ölkədə demokratik prinsiplərin kök salması və möhkəmlənməsinə, cəmiyyətin maariflənməsinə xidmət edir.

Müvafiq olaraq, universitet yalnız demokratik ifadə azadlığı formalarını dəstəkləyir və eyni zamanda siyasi proseslərin universitet məkanına daxil edilməsinə qarşı çıxır. Administrasiya universitet məkanında heç bir siyasi qarşıdurma cəhdinə imkan verməyəcək və bütün siyasi qüvvələrə müraciət edərək, bu cür hərəkətlərdən çəkinməyə çağırır.

Universitet zorakılığın istənilən formasının qəbuledilməz olduğunu bir daha bəyan edir və gəncləri insan hüquqlarına daha çox məsuliyyətlə yanaşmağa, ifadə azadlığına hörmət etməyə və təxribat xarakterli hərəkətlərdən çəkinməyə çağırır”-deyə bəyanatda qeyd olunub.

Tbilisi Dövlət Universitetinin Mağliv korpusu yaxınlığında fiziki və şifahi qarşıdurma baş verib, Daxili İşlər Nazirliyi zorakılıq maddəsi ilə istintaq başladıb.