TBC Bank Milli Bank tərəfindən yazılan milyonluq cəriməyi ödəyəcək.
Bu barədə məlumat bankın rəsmi veb-səhifəsində verilir, hansı ki, Londonun fond birjasında yayıldı.
Sənəddə deyilir ki, TBC Bank Milli Banka qarşı bütün hüquqi davalarını dayandırır.
Bununla yanaşı, bir neçə gün bundan öncə, Gürcüstanın Milli Bankı TBC Bankın nəzarət şurasının sədri Mamuka Xazaradzenin və onun müavini Badri Caparidzenin imza səlahiyyətlərini dayandırdı və TBC Bankın aksionerlər qrupuna, onların nəzarət şurasından Xazaradzenin və Caparidzenin çıxardılması üçün iki ay müddət verdi.
TBC Bankın nəzarət şurasının sədri Mamuka Xazaradze vəzifəsindən istefa etdiyi barədə bəyanatı sosiyal şəbəkədə yaydı.
Onun bəyanatında deyilir ki, Londonda TBC Bankın nəzarət şurası Milli Bankla hüquqi davasını dayandırmaq qərarını verdi.