TBC Bank fiziki şəxslərə və həmçinin, biznes kreditlərinin aylıq ödənişi üçün üç aylıq güzəşt müddətini təklif edir
TBC Bank fiziki şəxslərə və həmçinin, müəyyən biznes kreditlərinin ödənişi üçün üç aylıq güzəşt müddətini təklif edir.
Bu barədə məlumat Bank tərəfindən yayılan bəyanatda verilir.
“Mikro, küçük və orta biznes kreditlərini alan şəxslərə və həmçinin, turizm, qida və insan yığıncağı yerləri ilə bağlı olan bizneslərə kreditlərin ödənilməsi üçün üç aylıq güzəşt müddətini təklif etməyə qərar verdik”- deyilir bəyanatda.
Bank bəyan edir ki, güzəştlər faizlərə də aid olacaq.
“Ölkədə yaranan vəziyyətdən irəli gələrək, TBC Bank insanların həyatını asanlaşdırmağa çalışır” – deyilir Bank tərəfindən yayılan bəyanatda.
Ona qədər isə, bənzər bəyanatı “Gürcüstan Bankı” da verdi.
Bank fiziki şəxslərə üç aylıq güzəşt müddətini təklif etdi.