"Tbilservice Group" gözlənilən qar və aşağı temperaturla əlaqədar Tbilisi sakinlərinə xəbərdarlıq edir
"Tbilservice Group" gözlənilən qar və aşağı temperaturla əlaqədar Tbilisi sakinlərinə xəbərdarlıq edir

 

“Tbilservice Group” gözlənilən qar və aşağı temperaturla əlaqədar Tbilisi sakinlərinə xəbərdarlıq edir.

“Tbilservice Group” fevralın 6-da və 7-də Tbilisi və paytaxta bitişik ərazilərdə gözlənilən aşağı temperatur və intensiv qarla əlaqədar sizləri məlumatlandırır. MMC “Tbilservice Group” sakinləri şəhər daxilində hərəkət edərkən diqqətli olmağa çağırır, avtomobilində qış mövsümünə xas olan təkəri olmayan vətəndaşlara isə avtomobillə hərəkət etməmək xahişi ilə müraciət edir.

Avtonəqliyyat vasitələrinin hərəkətində ləngimə olmaması üçün ehtiyacdan asılı olaraq yolların təmizlənməsi işləri aparılacaq.

Problem olması halında, “Tbilservice Group”un qaynar xəttinə – 2 61 90 50 və ya Tbilisi meriyasının qaynar xəttinə – 2 72 22 22 nömrəsinə zəng edin”- deyə “Tbilservice Group”un məlumatında qeyd olunub.