“Tbilservi Group” müxtəlif vəzifələr üzrə vakansiya elan edir, ümumilikdə 398 nəfər işlə təmin oluna bilər
“Tbilservi Group” müxtəlif vəzifələr üzrə vakansiya elan edir, ümumilikdə 398 nəfər işlə təmin oluna bilər

Tbilisi meriyasının “Tbilservi Group” MMC-də müxtəlif istiqamətlər üzrə 398 vakant yer var. – Bu barədə paytaxt meri Kaxa Kaladze bələdiyyə hökumətinin iclasında məlumat verib.

Kaxa Kaladzenin sözlərinə görə, namizədlərin həm təmizlik xidmətində, həm də drenaj şəbəkələri və xarici işıqlandırma istiqamətində işlə təmin olunmaq imkanı var.

“Mən sizə “Tbilservi Group” MMC-nin Tbilisi meriyasının malik olduğu vakansiyalar haqqında məlumat vermək istərdim. Ümumilikdə 398 nəfər müxtəlif vəzifələrdə işlə təmin oluna bilər. 90% təmizlik şöbəsindən gəlir. Onların arasında 60-a yaxın xüsusi texnika sürücüsü vəzifəsi var. Əmək haqqı 1000-2000 lari arasında dəyişir. “Tbilservi Group”da işləmək istəyənlər adıçəkilən şirkətin Kaxeti şosesi 67 və Beliaşvili küçəsi 119-121 ünvanında yerləşən ofislərinə müraciət edərək müvafiq anketi doldura bilərlər. Böyük maşınlarda, xüsusi texnikada bizim üçün həqiqətən çətindir, sürücülərdə problem var və bu istiqamətdə 400-ə qədər adam qəbul edə bilirik”. – Tiflis meri bildirib.

Maraqlananlar [email protected] elektron poçt ünvanına ərizə göndərə və ya 2 61 90 50 qaynar xəttinə zəng edə bilərlər.