“Tbilisoba” oktyabrın 5-6-da keçiriləcək
“Tbilisoba” oktyabrın 5-6-da keçiriləcək

Oktyabrın 5-6-da “Tbilisoba” ictimai bayramı keçiriləcək.

Paytaxtın meri Kaxa Kaladzenin Tbilisi bələdiyyəsinin hökumətinin iclasında qeyd etdiyi kimi, tədbirlər iki yerdə – Riğe parkında və Orbeliani meydanında keçiriləcək.

“Biz hər il gözəl paytaxtımızın günlərini qeyd edirik. Bu il oktyabrın 5-6-da “Tbilisoba” keçiriləcək. Tədbirlər Riğe Parkında və Orbeliani meydanında keçiriləcək. Çox maraqlı tədbirlər nəzərdə tutulub ki, bu barədə tezliklə ictimaiyyətə ətraflı məlumat verəcəyik. O vaxta qədər oktyabrın 5-i və 6-nı qeyd edək, Tiflisi birlikdə qeyd edək”. – Kaxa Kaladze dedi.