“Tbilisoba ” çərçivəsində nəzərdə tutulan tədbirlərlə əlaqədar bəzi küçələrdə avtonəqliyyat vasitələrinin hərəkəti müvəqqəti məhdudlaşdırılacaq
“Tbilisoba 2023” tədbirləri ilə əlaqədar sentyabrın 28-i saat 23:00-dan oktyabrın 3-ü səhər saat 08:00-dək paytaxtın bəzi küçələrində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq. Məlumatı Tbilisi meriyası yayır.
“Kürün sağ sahilində Virsaladze küçəsinə gedən avtomobillər Atoneli küçəsinə, sonra sağa dönərək Çanturiya küçəsinə qoşulacaqlar. Abanoebi küçəsindən Qrişaşvili küçəsi istiqamətində avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq, Qrişaşvili küçəsinə isə Firdousi və İsfahanlı küçələri ilə getmək mümkün olacaq. Bundan əlavə, sentyabrın 29-u saat 12:00-dan oktyabrın 1-i saat 00:00-dək Xetaqurov küçəsində, N6-dan N40-a qədər olan yol hissəsində nəqliyyatın hərəkəti qadağan ediləcək, bununla əlaqədar olaraq nəqliyyat Kürün sol sahilindən istifadə edərək hərəkət edəcək. İctimai nəqliyyata gəlincə, Barataşvili küçəsi istiqamətində hərəkət edən 320, 323 nömrəli avtobuslar və 536 nömrəli mikroavtobuslar Zaarbriuken meydanından Tolstoy küçəsinə hərəkət edəcək, daha sonra Xetaqurov və Barataşvili körpüləri vasitəsilə Barataşvili küçəsinə qoşulacaq. Geri qayıdarkən qeyd olunan avtobuslar və mikroavtobuslar Barataşvili küçəsindən Barataşvili körpüsü istiqamətində hərəkətini davam etdirəcək, Kürün sol sahilinə qoşulacaq, bundan sonra N323 Xetaqurov küçəsinə hərəkət edərək müəyyən olunmuş qrafik üzrə sərnişinlərə xidmət göstərəcək ” – Tbilisi meriası bildirib.