Tbilisoba bu il oktyabrın 6-7-də keçiriləcək, bu barədə Tbilisi meri, Kaxa Kaladze paytaxtın bu günki hökumət iclasında bəyan etdi.
Kaxa Kaladzenin bəyan etdiyinə görə, ümumiyyətlə Tbilisobanın qeyd olunması ənənəsi oktyabrın birinci şənbə-bazarında tədbiq olunacaq.
Onun dediyinə görə, turizm şirkətləri Meriyaya dəfələrlə müraciət etdilər ki, Tbilisobanın tarixini irəlcədən desinlər, çünki turistlər tərəfindən maraq yüksəkdir.
“Bildirmək istəyirəm ki, növbəti illər ərzində Tbilisobanın qeyd olunması oktyabrın birinci şənbə-bazarında baş verəcək. Turizm şirkətləri üçün də yaxşı olacaq ki, tarixi irəlcədən biləcəklər və bunun üçün hazırlaşacaqlar”, – Kaxa Kaladze bəyan etdi.