“Tbilisoba 2023” çərçivəsində Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyinin təşkilatçılığı ilə Azərbaycan guşəsi təşkil olunub
“Tbilisoba 2023” şəhərin üç yerində keçirilir, Riki parkında, Abanotubani və Orbeliani meydanında müxtəlif mədəni-əyləncə tədbirləri keçirilir.
Festivalda “Tbilisinin rəngarəngliyi” adlı sərgi təşkil olunur.
Xalq bayramı çərçivəsində Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyinin təşkilatçılığı ilə mədəniyyət, adət-ənənələr, milli mətbəx, əl işləri və s. təqdim olunan Azərbaycan guşəsi təşkil olunub
“Bu gün “Tbilisoba” bayramında Şəhər Şurasının Milli Azlıqlar Sovetinin təşəbbüsü və Mirzə Fətəli Axundovun Azərbaycan Mədəniyyəti Muzeyinin təşkilatçılığı ilə Köhnə Tbilisidə Azərbaycan icmasının guşəsi yaradılıb. Burada Azərbaycan xalçalarını, milli adət-ənənələrini və mətbəxini görmək olar”, – Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyinin direktor müavini Leyla Əliyeva deyir.
Sərgi iki gün davam edəcək.
Müəllif -
Mehemmed Bayramaliyev