"Tbilisoba 2022" çərçivəsində 14 şəhərin nümayəndə heyəti paytaxta təşrif buyurub
“Tbilisoba 2022” çərçivəsində 14 şəhərin nümayəndə heyəti paytaxta təşrif buyurub. Tbilisi meri Kaxa Kaladze munisipalitetin meriyasında Bakı meri Eldar Əzizovu, Zaarbriuken meri Uve Kondratı, Daromi merinin beynəlxalq əlaqələr üzrə müşaviri Annis Qabriele Fillipi qəbul edib.
Kaxa Kaladze nümayəndə heyətinin üzvlərinə səfərlərinə görə təşəkkür edib və “Tbilisoba” bayramı üçün nəzərdə tutulan tədbirlərin qonaqların xoşuna gələcəyinə ümidvar olduğunu bildirib. Əcnəbi həmkarları ilə görüşdə Tbilisi meri qardaşlaşmış şəhərlərlə əlaqələrin inkişaf etdirilməsinin vacibliyindən danışıb, onların nümayəndələrinə dəstək və əməkdaşlığa görə təşəkkür edib.
“Tbilisi mədəniyyəti, adət-ənənələri və binaları ilə çox gözəl şəhərdir. Çalışırıq ki, şəhərdə mövcud infrastrukturu daha da tənzimləyək, küçələri abadlaşdıraq, bu çox vacibdir. Tbilisidə heç olmasa bir dəfə olmuş hər kəs bura aşiqdir və əminəm ki, burada keçirdiyiniz günlər sizin də xoşunuza gələcək, fəxr etdiyimiz gürcü mədəniyyəti, mətbəxi və şərabı sizi valeh edəcək. Dəstəyinizə və şəhərlərimiz arasında əməkdaşlığa görə sizə təşəkkür etmək istərdim. Əminəm ki, paytaxta səfərinizdən çox zövq alacaqsınız” – deyə Kaxa Kaladze bildirib.
Nümayəndə heyətinin üzvləri ilə görüşdə paytaxt meri şəhərlər arasında mövcud əməkdaşlığın dərinləşdirilməsinin və gələcək üçün nəzərdə tutulan ikitərəfli layihələrin vacibliyini vurğulayıb.
Öz növbəsində Roma meriyasının nümayəndəsi, eləcə də Bakı və Zaarbriuken merləri Kaxa Kaladzeyə onları Tbilisiyə dəvət etdiyi üçün təşəkkür ediblər.
Məlumatı Tbilisi meriyasının mətbuat xidməti yayır.