Tbilisiyə sabah Ermənistan prezidenti gələcək
Tbilisiyə sabah Ermənistan prezidenti gələcək

Ermənistan Respublikasının Prezidenti Vahaqn Xaçaturyan sabah Tbilisiyə rəsmi səfər edəcək.

Ermənistan Respublikası prezidentinin rəsmi qarşılanma mərasimi Orbelianilər Sarayında keçiriləcək, bundan sonra Vahaqn Xaçaturyan Gürcüstan prezidenti, Salome Zurabişvili ilə üzbəüz görüşəcək.

Nümayəndə heyətlərinin müşayiəti ilə prezidentlərlə geniş tərkibdə görüşü, mediaya birgə bəyanatlar verməsi planlaşdırılır.

Rəsmi səfər çərçivəsində Ermənistan Respublikasının prezidenti Gürcüstanın baş naziri və Parlamentin sədri ilə də görüşlər keçirəcək.

Vahaqn Xaçaturyan Gürcüstanın birliyi uğrunda mübarizədə həlak olmuş qəhrəmanların xatirəsinə ucaldılmış abidənin önünə əklil qoyacaq və onların xatirəsini ehtiramla yad edəcək.