Tbilisinin yay uşaq bağçalarına qeydiyyat sabah başlayacaq
Tbilisinin yay uşaq bağçalarına qeydiyyat sabah başlayacaq

 
Tbilisinin yay uşaq bağçalarına qeydiyyat sabah başlayacaq. Yay uşaq bağçalarına qeydiyyat elektron şəkildə, Tbilisinin Uşaq Bağçalarının İdarəedilməsi Agentliyinin internet saytında – kids.org.ge-də aparılacaq.

Agentliyin verdiyi məlumatda, qeydiyyatın mayın 5-də, saat 10:00-da başlayacağı və iyunun sonuna kimi davam edəcəyi deyilir.

Tbilisinin meri Kaxa Kaladze, bu il Tbilisidə yay uşaq bağçalarının sayının 45-dən 50-yə yüksələcəyini və 18 000-dək uşağa xidmət göstərəcəyini bildirib. O, Tbilisinin uşaq bağçalarında qeydiyyatda olan 2-6 yaş arası məktəbəqədər uşaqların, o cümlədən sentyabrda məktəbə gedəcək uşaqların uşaq bağçalarına qəbul olunacağını deyib.

Tbilisinin meri, sözügedən xidmətin Tbilisinin bütün rayonlarının sakinləri üçün eyni dərəcədə əlçatan olması üçün uşaq bağçalarının coğrafi prinsipə əsasən seçildiyini bildirib. Tbilisinin Uşaq Bağçalarının İdarəedilməsi Agentliyinin internet saytında yay uşaq bağçalarının siyahısı əlçatandır.