Tbilisinin uşaq bağçalarında yeni təlim-tərbiyə prosesi başlayıb. Bu gün paytaxtın bütün uşaq bağçalarında balacalar əyləncəli tədbirlərlə qarşılanıblar.
Tbilisinin uşaq bağçalarında 60 minə qədər körpəni yenilənmiş infrastruktur qarşılayacaq , eləcə də yeni uşaq bağçaları əlavə olunacaq. Onlardan biri Tbilisi meri Kaxa Kaladze tərəfindən açılan 130 saylı uşaq bağçasıdır.
Kaxa Kaladze uşaq bağçalarının idarə olunması agentliyinin rəhbəri Qoqi Çikovani ilə birlikdə Samqori rayonunda 130 saylı uşaq bağçasının yeni binasının açılış mərasimində iştirak edib və uşaqları yeni tədris ilinin başlanması münasibətilə təbrik edib.
Yaxın günlərdə Tbilisidə 125 saylı uşaq bağçasının yeni binası, eləcə də tam yeni 108 saylı uşaq bağçasının açılışı olacaq. Bağçaların tikintisi ilə paralel olaraq, uşaqların daha da yaxşı və təhlükəsiz şəraitdə məktəbəqədər təhsil ala bilmələri üçün yay mövsümündə 100-dən çox uşaq bağçasında infrastrukturun təmiri işləri aparılıb.
Tədbirdə Tbilisi merinin müavini, rayonun icra başçısı və majoritar deputatlar iştirak ediblər.