Tbilisinin teleqülləsi və “Sülh körpüsü” Avropa İttifaqının bayrağının rənglərində işıqlandırılıb
Tbilisi Avropa Gününə “Gürcüstan Avropanın bir hissəsidir” mesajıyla qoşulur.
Tbilisi Meriyasının məlumatında, paytaxtın teleqülləsi və “Sülh körpüsü”nün Avropa İttifaqının bayrağının rənglərində işıqlandırıldığı deyilir.
1950-ci il mayın 9-da Şuman Bəyannaməsi imzalandı, bununla da Avropa İttifaqının əsası qoyuldu.