Tbilisinin teleqülləsi ABŞ bayrağının rənglərində işıqlandırılıb. Tbilisi Meriyasında qeyd etdikləri kimi, Gürcüstan və onun paytaxtı bu yolla öz strateji tərəfdaşını Müstəqillik Günü münasibətilə təbrik edir.
“Amerika xalqını və tərəfdaşlarımızı bu əlamətdar tarix – Müstəqillik Bəyannaməsinin qəbul edilməsinin 248-ci ildönümü münasibətilə təbrik edirik.
Sizə firavanlıq və əmin-amanlıq arzulayırıq!”-Tbilisi Meriyası tərəfindən yayılmış məlumatda deyilir.