Tbilisidə, Samqori rayonunda qətl hadisəsi baş verib. Yerli sakinlərin verdiyi məlumat üzrə, səhər saatlarında gənc qadını evinin yaxınlığında küçədə qətlə yetirilmiş vəziyyətdə tapıblar.
Mövcud məlumata əsasən, qadına soyuq silahla xəsarətlər yetirilib.
Hadisə yerində istintaq hərəkətləri aparılır.
Faktla bağlı Daxili İşlər Nazirliyi Cinayət Məcəlləsinin 108-ci, qəsdən adam öldürmə maddəsi ilə istintaq başladıb.