Tbilisinin Pekin prospektində yerləşən Gürcüstan Bankının filialına soyğunçuluq məqsədilə hücum təşkil olunub
Tbilisinin Pekin prospektində yerləşən Gürcüstan Bankının filialına soyğunçuluq məqsədilə hücum təşkil olunub.
Gürcüstanın Birinci Kanalının məlumatına görə, maskalı, silahlı şəxs banka daxil olaraq, bank işçilərini silahla təhdid edərək pul tələb edib.
Bank əməkdaşları hücumçuya pul veriblər, bundan sonra hücumçu ərazini tərk edib.
Hadisə yerində istintaq hərəkətləri aparılır.