Daxili İşlər Nazirliyində polis infrastrukturunun yenilənməsi prosesi davam edir – Tbilisi Patrul Polisinə “Şkoda” markalı, Sedan tipli 89 avtomobil verilib. Məlumatı DİN yayır.
İdarədən verilən məlumatda yeni avtomobillərin Tbilisi Patrul Polisinin Baş İdarəsinin Yol-xətti Bölməsi üçün nəzərdə tutulduğu deyilir. Patrul avtomobil parkının yenilənməsi patrul müfəttişlərinin cinayətlərə vaxtında və operativ reaksiya göstərməsinə, eləcə də cinayətlərin qarşısının alınmasına töhfə verəcək. Daxili İşlər Nazirliyi öz avtoparkını mütəmadi olaraq yeniləyir. Keçən il polis bölmələrinin parkı 700 yeni avtomobillə yenilənib, ötən ay isə Batumi, Kobuleti və Rustavidə patrul polisinin avtomobilləri tamamilə müassir polis nəqliyyatı ilə əvəz edilib.
“Polis infrastrukturunun yenilənməsinin məqsədi polislərin fəaliyyətinin səmərəliliyini artırmağa və onların iş şəraitini yaxşılaşdırmağa xidmət edir. Nazirlik gələcəkdə də polis infrastrukturunun və avadanlığının yenilənməsi və təkmilləşdirilməsi layihələrini davam etdirəcək” – deyə Daxili İşlər Nazirliyindən bildirilib.