Tbilisidə, Orbeliani küçəsində qətl hadisəsi baş verib. Bu barədə məlumatı Gürcüstanın Daxili İşlər Nazirliyində təsdiqləyirlər.
Daxili İşlər Nazirliyindən verilən məlumata əsasən, faktla bağlı Cinayət Məcəlləsinin 108-ci (qəsdən adam öldürmə) maddəsi ilə istintaq aparılır.
Hadisə yerində istintaq hərəkətləri aparılır.