Tbilisinin Nəqliyyat və Şəhər İnkişaf Agentliyi - Vətəndaşlara guya ictimai nəqliyyatın bir illik pulsuz sərnişin kartlarının hədiyyə ediləcəyi haqda məlumat yalandır
Vətəndaşlara guya ictimai nəqliyyatın bir illik pulsuz sərnişin kartlarının hədiyyə ediləcəyi haqda məlumat yalandır- bu haqda Tbilisinin Nəqliyyat və Şəhər İnkişaf Agentliyinin bəyanatında qeyd olunub.
“Facebook” sosial şəbəkəsində müxtəlif səhifələr adından son bir neçə gündür vətəndaşlara guya ictimai nəqliyyatın bir illik pulsuz sərnişin kartlarının hədiyyə ediləcəyi haqda məlumat yayılır. Həmçinin, saxta səhifələrdə Tbilisi Meriyasının loqosundan istifadə olunur və məlumatda isə kartın qarşılığında müəyyən məbləğin ödənilməsini tələb edirlər.
Əhalinin nəzərinə çatdırmaq istəyirik ki, qeyd olunan məlumat yalandır və ictimaiyyəti çaşdırmaq məqsədi güdür.
İctimai nəqliyyatın sərnişin kartlarını adi qaydada həm Tbilisinin metro stansiyalarında, həm də Gürcüstan Bankının filiallarında ala bilərsiniz.
Biz sərnişinləri bu tip məlumatlara inanmamağa və ilk növbədə səhifələrin etibarlılığına əmin olmağa çağırırıq. Oxşar hallarda siz həmçinin Tbilisi Meriyasının qaynar xəttində : 2 72 22 22 məlumatı yoxlaya bilərsiniz”-bəyanatda qeyd olunub.