"Tbilisinin Nəqliyyat Şirkəti"-nin 4 əməkdaşı barəsində həbs-qətimkan tədbiri seçilib
“Tbilisinin Nəqliyyat Şirkəti”-nin 4 əməkdaşı barəsində həbs-qətimkan tədbiri seçilib.
Hakim dövlət ittihamçısının mövqeyini bölüşüb. Prokurorun sözlərinə görə, şahidlərə təsir etmək, dəlilləri məhv etmək və gizlənmək təhlükəsi var idi.
Vəkillər məhkəməyə saxlanılan şəxslərə görə 5000 və 2000 lari girov təklif ediblər, lakin prokurorun sözlərinə görə, müqəssirlər pulu vəzifə səlahiyyətlərini yerinə yetirərkən alıblar.
Prokurorun sözlərinə görə, məsələ üzrə şahidlərin ifadələri, faktı əks etdirən video-audio dəlillər var. Onun sözlərinə görə, rüşvət alınması sistemli xarakter daşıyıb.
Məsələ ilə bağlı mütəşəkkil dəstə tərəfindən külli miqdarda rüşvət alma və dələduzluğa cəhd faktları ilə istintaq aparılır.