Tbilisinin müxtəlif yaşayış məntəqələrində yollara texniki duz tökülüb
Paytaxtın bir neçə yaşayış məntəqəsində yağıntı səbəbindən yollara texniki duz tökülüb.
Tbilisi Meriyasının məlumatında, nəqliyyatın hərəkətində ciddi ləngimə olmadığı deyilir.
Kocori, Şindisi, Tsavkisidə həm mərkəzi, həm də daxili küçələrə, eləcə də Tabaxmela, Kiketi, Pantiani yolu, Tsğneti-Betania mərkəzi yolu, Didqori kəndi və Telovana kəndinə texniki duz tökülüb.
MMC “TBILSERVICE GROUP” ehtiyacdan asılı olaraq digər yaşayış məntəqələrində də texniki duzun səpilməsini təmin edir.
“Qar səbəbindən nəqliyyatın hərəkətində ləngimə yaranarsa, “TBILSERVICE GROUP”un 2 61 90 50 və ya Tbilisi Meriyasının 2 72 22 22 qaynar xəttinə zəng edə bilərsiniz”- meriyanın məlumatında qeyd olunur.