Tbilisinin Meriyası - güclü yağış və külək paytaxtda problemlər yaradıb, küçələri və yeraltı keçidləri su basıb, ağaclar kökündən çıxaraq aşıb, elektrik naqilləri zərər görüb
Tbilisinin Meriyası - güclü yağış və külək paytaxtda problemlər yaradıb, küçələri və yeraltı keçidləri su basıb, ağaclar kökündən çıxaraq aşıb, elektrik naqilləri zərər görüb

 
Tbilisiyə yağan güclü yağış və külək paytaxt üçün problemlər yaradıb. Küçələri və yeraltı keçidləri su basıb, ağaclar kökündən çıxaraq aşıb, elektrik naqilləri zərər görüb-bu barədə Tbilisi Meriyasının bəyanatında qeyd olunub.

“Tbilisi Munisipalitetinin bütün aidiyyatı qurumları, Daxili İşlər Nazirliyinin Fövqəladə Halların İdarə Edilməsi Xidməti ilə birlikdə tam səfərbər olunub və problemlərin aradan qaldırılmasına başlanılıb. Tbilisinin bütün rayon icra hakimiyyətlərinin nümayəndələri yerlərindədirlər.

Əhalini küçələrdə hərəkət etməməyə çağırırıq, zərurət halında meriyanın 2 72 22 22 qaynar xəttinə zəng vursunlar”- deyə bəyanatda qeyd olunur.