Tbilisinin Meriyası - Bol yağıntının problem yaratdığı bütün rayonlarda müvafiq qurumların nümayəndələri çalışırlar, dəymiş ziyanın aradan qaldırılması işləri aparılır
Tbilisinin Meriyası - Bol yağıntının problem yaratdığı bütün rayonlarda müvafiq qurumların nümayəndələri çalışırlar, dəymiş ziyanın aradan qaldırılması işləri aparılır

 
Bol yağıntı paytaxtın müxtəlif rayonlarında müəyyən problemlər yaradıb. Bununla əlaqədar Tbilisinin Meriyası bəyanat yayır.

Bəyanatda qeyd olunduğu kimi, xüsusilə Qldani rayonu zərər çəkib, konkret olaraq Muxianinin kotteclər qəsəbəsində həyətləri su basıb.

“Həmçinin suyun səviyyəsinin yüksəldiyi Qldanula çayı yerli sakinin həyətini basıb və torpağı yuyub.

Bir neçə ünvanda yol infrastrukturuna ziyan dəyib, ağacların aşması və yamacın uçması halları qeydə alınıb.

Bol yağıntının problem yaratdığı bütün rayonlarda fövqəladə halların idarəedilməsi xidməti, icra hakimiyyətlərinin və meriyanın aidiyyəti qurumlarının nümayəndələri fəsadların aradan qaldırılması prosesinə qoşulub. Dəymiş ziyanın aradan qaldırılması işləri aparılır.

Problem olması halında istənilən vətəndaş Tbilisinin Meriyasının 2722222 qaynar xəttinə zəng edə bilər” – bəyanatda qeyd olunub.