Tbilisinin meri-həftənin sonunda Didube körpüsündə nəqliyyatın hərəkəti tam bərpa olunacaq, körpünün bərpası isə oktyabrın sonunda başa çatacaq
Tbilisinin meri-həftənin sonunda Didube körpüsündə nəqliyyatın hərəkəti tam bərpa olunacaq, körpünün bərpası isə oktyabrın sonunda başa çatacaq

 
Paytaxtın meri Kaxa Kaladze Şalikaşvili adına körpünün bərpası prosesinin gedişatı ilə tanış olub, həyata keçirilən işləri qiymətləndirib. Kaxa Kaladze körpüdə nəqliyyat vasitələrinin sərbəst hərəkətinin həftənin sonu üçün mümkün olacağını bildirib.

“Şalikaşvili adına Didube körpüsünün bərpası işlərinin əsas hissəsi başa çatıb. Təxminən həftənin sonunda nəqliyyatın hərəkəti tam bərpa olunacaq və işlər davam etsə də, sərbəst hərəkət etmək mümkün olacaq. Tağların , səkilərin abadlaşdırılması işləri aparılır, yeni xarici işıq dirəkləri quraşdırılacaq, körpüdə dekorativ işıqlar quraşdırılacaq və biz işləri oktyabrın sonunadək başa çatdırmağı düşünürük” – deyə Kaxa Kaladze bildirib.

Hazırda səki örtüyünün döşənməsi işləri aparılır, yolun hərəkət hissəsində asfalt örtüyünün alt qatlarının döşənməsi işləri yekunlaşıb.

Tbilisi Meriyası tərəfindən yayılmış məlumatda qeyd olunduğu üzrə, reabilitasiya çərçivəsində məhəccərlər, yeni xarici işıqlandırma şəbəkəsi və dekorativ işıqlar təşkil olunacaq, həmçinin Kür çayının üstündəki tağ bərpa olunacaq. Meriyada bərpa işləri nəticəsində körpünün ilkin görkəminin qorunub saxlanılacağı deyilir.

Şota Şalikaşvili adına körpünün bərpasının dəyəri 4,5 milyon lari təşkil edir. İşlər Tbilisi Meriyasının İnfrastrukturun İnkişafı Şəhər Xidmətinin sifarişi əsasında “Avtoqza Lentexi 99” şirkəti tərəfindən həyata keçirilir.