Tbilisinin qülləsi Ukrayna bayrağının rənglərində işıqlandırılıb
Tbilisinin qülləsi Ukrayna bayrağının rənglərində işıqlandırılıb

 

Rusiyanın Ukraynada başlatdığı genişmiqyaslı müharibənin ildönümündə Ukrayna ilə həmrəylik əlaməti olaraq Tbilisinin qülləsi Ukrayna bayrağının rənglərində işıqlandırılıb-bu barədə Tbilisi Meriyası məlumat yayır.

“Gürcüstanın paytaxtı Ukrayna xalqına dəstəyini bir daha ifadə edir, onlara sülh və ölkənin birliyini arzulayır”-deyə Tbilisi Meriyasında açıqlayırlar.