Tbilisinin qülləsi Türkiyə bayrağının rənglərində işıqlandırılıb
Tbilisinin qülləsi Türkiyə bayrağının rənglərində işıqlandırılıb

 

“Tbilisi sizinlədir!” – türk xalqına dəstək və həmrəylik əlaməti olaraq Tbilisinin qülləsi Türkiyə bayrağının rənglərində işıqlandırılıb. Məlumatı Tbilisi meriyası yayır.

Son məlumatlara əsasən Türkiyədə güclü zəlzələ nəticəsində 9057 nəfər həlak olub, on əyalətdə yaralananların sayı isə 50 mini ötür.

Bununla yanaşı, Gürcüstan Daxili İşlər Nazirliyinin Fövqəladə Halların İdarə Edilməsi Xidmətinin yanğınsöndürən-xilasedicilərinin cəlb olunduğu xilasetmə tədbirləri davam etdirilir.