Tbilisinin "gecə iqtisadiyyatının inkişafı" layihəsinin rəhbəri Sergi Qvarjaladze olacaq
Paytaxtın meri Kaxa Kaladze “Gecə iqtisadiyyatının inkişaf” layihəsinin rəhbəri olaraq, teleprodyuser və musiqiçi Sergi Qvarcaladzeyi təqdim etdi.
Kaxa Kaladzenin qeyd etdiyinə görə, “gecə iqtisadiyyatının inkişafı” paytaxt üçün önəmli bir istiqamətdir.
“Bir çox müasir ölkədə bu sahə inkişaf edib və düşünürəm ki, Tbilisidə də buna diqqət yetirilməlidir, çünki bu sahənin inkişafı bir çox iş yerləri yaradılacaq. Bu layihəyə hərkəs üçün tanış olan teleprodyuser və musiqiçi Serqi Qvarcaladze rəhbərlik edəcək. Serqiyə müvəffəqiyyətlər arzulamaq istəyirəm və əminəm ki, birgə səylərimizlə önəmli işlər görəcəyik” – dedi Kaxa Kaladze.