Tbilisinin qəbiristanlıqları istiqamətində avtobuslar bu gün pulsuz hərəkət edəcəklər
Tbilisinin qəbiristanlıqları istiqamətində avtobuslar bu gün pulsuz hərəkət edəcəklər

 

Pasxa bayramı və məzarların dualanması günü ilə əlaqədar Tbilisinin qəbiristanlıqları istiqamətində avtobuslar bu gün pulsuz hərəkət edəcəklər.

Avtobusların müvəqqəti marşrutları saat 08:00-dan 20:00-dək Muxatqverdi, Vaşlicvari, Kukia, Yeni Kukia, Maxata, Saburtalo, Ğrmağele, Veli və Varketili qəbiristanlıqları istiqamətində hərəkət edəcəklər.

Avtobuslar metronun “Marcanişvili”, “Didube”, “Delisi”, “Saracişvili”, “Varketili” stansiyalarından, eləcə də Stansiya meydanı, Besarion Chichinadze küçəsi və Varketilinin III massivindən, konkret olaraq Şuamta və Abaşvili küçələrinin kəsişməsindən hərəkət edəcəklər.

Qeyd olunan marşrut xəttləri üzrə avtobuslar dünən də vətəndaşlara pulsuz xidmət göstəriblər.