“Tbilisoba 2018″ Revaz Lağidzenin yaradıcılığına həsr olunmuş qala konsert və Tbilisinin fəxri vətəndaşlarının mükafatlandırılması ilə başa çatdı. Tədbir İlk Respublika Meydanında keçirildi.
Paytaxtın meri, Kaxa Kukava tədbirə toplaşan qonaqları bir daha Tbilisoba bayramı münasibəti ilə təbrik etdi və ənənəvi olaraq, fəxri Tbilisililəri mükafatlandırdı.
Fəxri Tbilisili bu il, müxtəlif sahədə xidmət edən 15 nəfər oldu. Mükafatı Lana Ğoğoberidze, Elquca Medzmariaşvili, Qiuli Çoxeli, Tengiz Utmelidze, Qayoz Kandelaki, Maya Maniya, Konstantine Mardaleişvili, Nodar Sersvadze, Vladimer Kaxadze, Temur Çalabaşvili, İsrailin Gürcüstandakı səfiri Şabtay Sur, Keti Melua, Mixeil Barişnikov, Vaxtanq Kaxidze və Nikoloz Raçveli aldılar.
İlk Respublika Meydanında qala konsert Revaz Lağidzenin tanınmış “Tbiliso” mahnısı ilə və atəşfəşanla sona yetdi.