Dövlət Mərasimlər Sarayında 2022-ci ilin fəxri Tbilisililər mükafatlandırıldılar.
Paytaxt meri, Kaxa Kaladze onların hər birinə Tbilisinin simvolik açarını, sertifikat və döş nişanını hədiyyə etdi.
Tbilisi meri mükafatlandırma mərasiminə toplaşan ictimaiyyət qarşısında çıxış edərək Tbilisinin 20 fəxri vətəndaşını yeni statusları münasibətilə təbrik etdi.
“Tbilisi və onun çoxəsrlik tarixi məsuliyyəti dərk edən, peşəkarlıqla dolu, əməyə, vətənə məhəbbətlə yanaşan insanların üzərində dayanır. Soşbəxtəm ki, bizim yanımızda belə insanlar çoxdur və bu gün şəhərimiz üçün keçmişdə gördükləri, indi gördükləri və gələcəkdə də görəcəkləri işlərə görə, onlara bir daha təşəkkür etmək şərəfinə nail oldum”, – Kaxa Kaladze bəyan etdi.
Bu il Tbilisinin fəxri vətəndaşı oldular – Şalva Amonaşvili (alim, pedaqoq, psixoloq); Tengiz Arçvadze (aktyor); Tariel Çanturiya (tərcüməçi, şair); Cemal Ğağanidze (aktyor); Merab Kokoçaşvili (kinorejissor, pedaqoq); Mindia Uqrexelidze (hüquqşünas); Vaxtanq Cavaxadze (şair, yazıçı, tərcüməçi); Cemal Sepiaşvili (bəstəkar); Badri Vadaçkoriya (jurnalist, fotoqraf); Quram Bekaiya (fizioloq, alim); İliya Xerodinaşvili (mühəndis, alim); Laura İyaşvili (musiqiçi, pianoçu); Revaz Asatiani (mühəndis-inşaatçı); Vaxtanq Davitaiya (memar, müəllim); Maya Qotua (allerqoloq, immunoloq); Van Bayburt (siyasətçi, jurnalist); Həsən Həsənov (Azərbaycan diplomatı); Elizabet Sombart (Fransız pianoçusu); Eldar Şengelaiya (rejissor) və dizayner Demna Qvasalia.
Dövlət Mərasimlər Sarayında keçirilən tədbirə Tbilisi Meriyasının “Biq Bend” qrupu musiqili müşayiət edirdi.