Tbilisinin əsas şam ağacı bugün qurulacaq
Tbilisinin əsas şam ağacı bugün qurulacaq

Gürcüstanın parlament binasının qabağında əsas şam ağacı bugün saat 19:30-da qurulacaq.

Şam ağacının qurulması ilə bağlı bayram şənliyində Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili və Tbilisinin meri Kaxa Kaladze iştirak edəcəklər.

Tədbirdə, Qori qadın kamera orkestrinin iştirak etdiyi konsert keçiriləcək.

Bununla yanaşı, şəhərdə buz meydanı açılacaq və buz balet şousu keçiriləcək.

Yeni il günlərində isə, Tbilisi iqtidarının qərarı ilə, yeni il konsertləri paytaxtın üç rayonunda keçiriləcək: Qldanidə, Samqoridə və Köhnə Tbilisidə.